Gələcək prezidentləri süni intellekt seçəcək ? – Araşdırma 



4 avropalıdan biri süni intellektin siyasi qərarlar qəbul edəcəyinə icazə verəcək.
«Sherg.az» «Sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, bu barədə Madriddəki «IE»  universitetində çalışan alimlərin apardığı araşdırmada qeyd olunur. Alimlərin qənaətinə görə, hələ 2008-ci ildə ABŞ-ın sabiq prezidenti Barak Obama seçki kampaniyası zamanı sübut etdi ki, alqoritimlər seçki prosesi üçün çox yaxşı vasitədir.

Onlar seçkinin mənzərəsinə yaxşı təsir göstərə bilirlər. Seçki kampaniyasını aparmaq üçün partiya liderləri marketinq dijitalı mükəmməl bilən texniklərlə işləməli. Həmin texniklər də internet üzərindən seçiçilərin davranışına dair demoqrafik və çoğrafi izləri aşkarlamalı, liderlərə məlumatlar verməlidirlər. Bununla da hər bir partiya lideri seçkinin nəticələrini öncədən müəyyən edə bilər. Artıq Avropa və eləcə də dünya xalqları bu prosesə keçməyə hazırdır.

Hətta Fransa prezidenti Emmanüel Makron  öz proqramını və ya platformasını formalaşdırmaq üçün sosial şəbəkələrin rəyini öyrənən semantik analiz proqramından istifadə edib. 

Həmin proqramın hazırlanması məqsədilə Makron sosial mediadan əldə olunan 100 minə yaxın fakt və ya sübutdan istifadə edib. Artıq zaman yetişib ki, insanlar «Facebook » sosial şəbəkəsi üzərindən  "j’ai voté"(səs verdim) düyməsini basaraq seçkilərdə iştirak etsin.

Dünya siyasətçiləri böyük həcmli məlumat datalarının və sosial şəbəkələrin birləşdirilmiş gücünü başa düşüblər. Öz seçki təbliğatlarını qurmaq üçün bu şəbəkələrdən maksimum yararlanmağa çalışırlar. Çox yaxın illərdə seçkilərdə səsvermə prosesinin sosial şəbəkə üzərindən aparılacağı da istisna edilmir. Süni intellekt buna tam hazırdı.
  


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu