Biləsuvarda azyaşlını avtomobil vurub

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar şəhər M.İbrahimov küçəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Aydın Əliyevi vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu