İmişlidə qəza: Qatar “Jiquli” ilə toqquşub

İmişlidə minik avtomobili qatarla toqquşub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün İmişli rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.

Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu