"Barsa" - "Real" matçının vaxtı bilindi

İspaniya çempionatının X turundan təxirə salınan “Barselona” – “Real Madrid” görüşünün saatı açıqlanıb.

Axar.az xəbər verir ki, dekabrın 18-nə təyin olunan “El Klassiko” Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan matç Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən təxirə salınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu