Prezident: "Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır"

"Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır və yalançı dini şüarlar altında cinayətlər törədilir. Gənc nəsli bundan qorumalıyıq". 

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin açılışında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, ayinlərini yerinə yetirirlər.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər zaman regionlararası dialoqda mühüm rol oynayıb. 

“Bugünkü tədbir bir daha Azərbaycanın necə vacib rol oynadığını və dinlərarası dialoqa verdiyi önəmi nümayiş etdirir”, - prezident bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu