Texniki cəhətdən mümkünsüzdür: İnternetdən istifadəyə görə pasport qeydiyyatı real deyil

Rusiyada internetə giriş üçün mütləq şəkildə pasportdan istifadə olunması təklifi irəli sürülüb. Belə bir təklif Rusiya Dövlət Dumasının və Federasiya Şurasının rəhbərliyinə təqdim olunub. Təklifin müəllifi, “Avanti” Sahibkarlar Assosiasiyasının rəhbəri Rəhman Yansukovun sözlərinə görə, Rusiyada internetdən istifadə etmək istəyən hər kəs pasport vasitəsilə qeydiyyatdan keçməlidir.

Bu, internet istifadəçilərinin qanunazidd əməllərini dərhal aşkar etməyə və belə şəxsləri üzə çıxarmağa, eləcə də uşaqları və yeniyetmələri qlobal şəbəkədəki mənfi təsirlərdən qorumağa imkan verəcək. O xatırladıb ki, Avstriyada artıq 2020-ci ildən internet istifadəçiləri mobil telefonlarının nömrələri vasitəsilə qeydiyyatdan keçməli olacaqlar. Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi təşəbbüsü müzakirəyə çıxarmağa razılıq verib.



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz internetdən istifadəyə görə pasport qeydiyyatından keçilməsinin mümkün olmayacağı qənaətindədir: 

"Hesab edirəm ki, Rusiyada irəli sürülən bu təklif internet üzərində nəzarəti gücləndirməyə yönəlib. Mən bundan pozitiv nəsə gözləmirəm. İnternet azad və sərbəst bir məkandır. İnsanlara şərait yaradılmalıdır ki, internet resurslardan sərbəst istifadə edə bilsinlər. Üstəlik, bu təklifin texnoloji cəhətdən gerçəkləşməsi də bir ayrı məsələdir. Məlumdur ki, internetlə bağlı qlobal resursların mənbəyi xaricdədir. Ona görə də düşünürəm ki, pasport qeydiyyatı məsələsini texniki cəhətdən reallaşdırmaq çətin olacaq.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu