Patriarx Kirill Allahşükür Paşazadəyə orden təqdim etdi

Patriarx Kirill Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Müqəddəs Serafim Sarovski” ordenini Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib. 

AZƏRTAC xəbər verir ki, ordenin təqdimatı Bakıda keçirilən Bakıda Dünya dini liderlərinin II Sammitində baş tutub. 

Sammit çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə və Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill çıxış edib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirlər.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu