Adam öldürüb Azərbaycana qaçdı: 10 il sonra tutuldu

Rusiyada 10 il əvvəl cinayət törədən şəxs tutulub.

Oxu.Az xəbər verir ki, 38 yaşlı Kaslinski rayon sakini 2009-cu ilin dekabrında qısqanclıq zəminində spirtli içki qəbul etdiyi şəxsi öldürüb.

Hadisəni törətdikdən sonra, o, Azərbaycana qaçıb. Beynəlxalq axtarışa verildikdən 10 il sonra tapılan şəxs Çelyabinsk əyalətinə gətirilib.

Məhkəmə qərarı təsdiqlənəndən sonra 38 yaşlı qatil cəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəkməklə on il müddətində azadlıqdan məhrum ediləcək və vurduğu mənəvi zərərə görə mərhumun bacısına 350 min rubl (9200 AZN - red.) ödəməli olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu