Terrorçuların basdırdığı bombalar zərərsizləşdirilib


YPG/PKK terrorçuları qaçarkən Sülh Çeşməsi əməliyyatı ilə terrordan təmizlənən bölgələrə, eyni zamanda mülki vətəndaşların da evlərinin olduğu ərazilərə kustar üsulla hazırlanmış bombalar və minalar basdırıb.
Bu barədə "Sherg.az"Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Xəbərdə qeyd olunur ki, Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, "Sülh Çeşməsi" əməliyyatının keçirildiyi ərazilərdə bu günə qədər 923 ədəd kustar üsulla hazırlanmış bomba və 337 mina zərərsizləşdirilib. Nazirlikdən verilən açıqlamada əsgərlərin Sülh Çeşməsi əməliyyatının keçirildiyi ərazilərdə Suriya xalqının təhlükəsizliyi üçün kustar üsulla hazırlanmış bombaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində işləri davam etdirdiyi və bu işdə onlara minaaxtaran itlərin də yardım etdiyi bildirilib. Terror təşkilatının ev, yol və iş yerlərinə yerləşdirdiyi minalardan vətəndaşlar da böyük zərər görür. Qeyd edək ki, 12 yaşlı İyed Bahtani və 10 yaşındakı bacısı Rines Bahtani yenidən qovuşduqları evlərinin həyətində oynadıqları zaman PKK/YPG terrorçularının basdırdığı minanın partlaması nəticəsində yaralanmışdı. 


Paylaş

Bizi Facebookda izləyin
menu
menu