İranda dəhşətli qəza: 28 nəfər öldü

İranın cənub-şərqində baş verən yol-nəqliyyat hadisəsi zamanı 28 nəfər ölüb. 

Bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb. 

“Bu gün səhər saatlarında qanunsuz miqrantları daşıyan iki pikapın toqquşması nəticəsində 28 nəfər ölüb, 21 nəfər yaralanıb”, - məlumatda bildirilib. 

Qəza Əfqanıstan və Pakistan sərhədindəki Sistan-Bəlucistan yolunda qeydə alınıb. Ölənlərin vətəndaşlığı açıqlanmır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu