Neytral zonada qalan İŞİD-çini ABŞ qəbul etdi

Türkiyə Daxili İşlər Nazirliyi neytral zonada qalan terrorçu haqqında məlumat yayıb.

Məlumatda Yunanıstanın qəbul etmədiyi İŞİD terrorçusunu ABŞ-ın qəbul etdiyi bildirilib.

Eyni zamanda, terrorçunun ABŞ-a göndərilməsi ilə bağlı lazım olan sənədlərin hazırlandığı deyilib.

Xatırladaq ki, ABŞ mənşəli terrorçu üçüncü ölkə olaraq, Yunanıstanı seçmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu