Pentaqon rəhbəri açıqladı: »Suriyada 600 əsgər səfərbər olunacaq»

 Prezident Donald Trampın "sonsuz müharibələri" dayandırmaq istəyinə baxmayaraq, Amerika Suriyada 600 əsgər saxlayacaq.
«Sherg.az» « lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Mark Esper məlumat verib:

"Suriyanın şimal-şərqindən hələ də qoşunları çıxarırıq, orada yalnız 500-600 əsgər saxlayacağıq. 

Bundan başqa, Mark Esper izah edib ki, o yalnız Suriyanın şimal şərqindən bəhs edir. Çünki D.Tramp həmin ərazilərdəki neft yataqlarının təhlükəsizliyinin təmin edilməsi göstərişini verib. Məhz həmin məqsədlər üçün orada 600 amerikan əsgərin səfərbər olmasını düşünürük. 

Qeyd edək ki, D.Tramp oktyabrın 6-da verdiyi açıqlamasında bildirib ki, Suriyanın şimal-şərqində min amerikan əsgər saxlanılacaq. Məqsəd həm Türkiyənin terrorçularla mübarizəsinə yol açmaq,həm də oradakı neft yataqlarını qorumaqdır. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu