Hökumət qapı-qapı gəzib, işsiz axtarmamalıdır: Qeydiyyata düşməkdə maraqlı olun!

İşsizlikdən sığorta məbləği 300 manatdan artıq olacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Nazir bildirib ki, işsizlikdən sığorta pulunu almayanların günah özlərindədir.

Çünki Məşğulluq Mərkəzində qeydiyyata düşmürlər. Halbuki vətəndaş çalışdığı yerdə ixtisara düşübsə və ya işdən azad olunubsa, Məşğulluq Mərkəzinə müraciət edib qeydiyyata düşməlidir. Nazir işsizlikdən sığorta ilə bağlı dəyişiklikləri növbəti illərdə parlamentə təqdim edəcəyini deyib.

İqtisadçı Pərviz Heydərov “Şərq”ə açıqlamasında bildirdi ki, işsizlikdən sığorta ilə bağlı dəqiq mexanizm hazırlanmalıdır: 

"Sevinirəm ki, bu sahədə addımlar atılmağa başlanıb. İşsizliyin faizinin təyini, işsizlərin qeydiyyatının aparılması ilə əlaqədardır. Əgər qeydiyyatı dəqiq aparmaq mümkün deyilsə, işsizliyin faiz göstəricisi də dəqiq olmayacaq. Bunlar qısa müddətdə mümkün olan işlər deyil. Bilirsiz ki, işsizlik dünyada ən ciddi problemdir. Hər ölkə də, bu problemi bir cür həll etməyə çalışır. Azərbaycanda demoqrafik vəziyyətlə əlaqədar hər il əmək bazarına 100 min işçi qüvvəsi daxil olur. Hökumət qarşısında hədəf qoymalıdır ki, işçi qüvvəsinini hardasa 50-60 faizi işlə təmin edilsin. Bunun üçün də yeni iş yerləri açılmalıdır, iqtisadiyyat inkişaf etməlidir.



Pərviz Heydərov: "İşəmuzd, günəmuz çalışırlar, işsiz kimi qeydiyyata düşmürlər"


Hökumət qapı-qapı gəzib, işsizləri axtarmamalıdır. İşsiz insan özü maraqlı olmalıdır ki, gedib müvafiq orqanda qeydiyyata düşsün, müxtəlif məşğulluq proqramlarına cəlb olunsun. Nəticədə ya işlə təmin edilsin, ya da işsizlik sığortası alsın. Amma çoxu bunu etmir. İşəmuzd, günəmuz çalışırlar, işsiz kimi qeydiyyata düşmürlər. Ona görə də rəsmi rəqəmlər reallığı əks etdirmir. Bəzən vətəndaş qanunlardan bixəbər olur, hansı halda Məşğulluq Mərkəzində qeydiyyata alınacağını bilmir. Halbuki, vətəndaşın istənilən halda qeydiyyata düşmək haqqı var. İstər ixtisara salınmış işçi olsun, istər ərazəsi ilə işdən çıxan, ya da çıxarılan. Burada əmək yarmarkalarının lazımi səviyyədə fəaliyyət göstərməməsi problemi də var. Dövlət işsizi əmək yarmarkalarına yönəldir. Amma vətəndaş orada özünə  uyğun iş tapa bilmir. Bu da Məşqulluq Mərkəzinə marağı azaldır ki, onsuz da qeydiyyata düşsəm də iş tapılmayacaq. Bəzən hökumət nümayəndələri narazılkıq bildirir ki, təklif olunan işləri vətəndaşlar bəyənmir. Bu amil də var. Həmçinin təklif olunan işin iş axtaran üçün həqiqətən uyğunsuz olması da. Məsələn, ali təhsilli mühəndis tikintidə fəhlə işləməyə necə razı olsun? Yaxud, təklif olunan iş yerində əməkj haqqı aşağı məbləğdə olur, vətəndaş da razılaşmır. Amma yüksək əmək haqqı üçünm yüksək ixtisas lazımdır. Yüksək ixtisaslı kadrların bəzən işsiz qalmasının əsas səbəbi ixtisarların düzgün aparılmamasıdır. Bu məsələdə gərək subyektivlik kənara qoyulsun, həqiqətən lazımlı, gərəkli kadrlar ixtisar edilməsin.

"Təklif olunan işin iş axtaran üçün həqiqətən uyğunsuz olması da. Məsələn, ali təhsilli mühəndis tikintidə fəhlə işləməyə necə razı olsun?"


Bəs, iqtisadçı işsizlik sığortasının məbləğindən razıdırmı?  P.Heydərov qeyd etdi ki, işsizliyə görə təyin edilən məbləğ orta aylıq əmək haqqına uyğun olmalıdır: 

"İşsizlik sığorta məbləği yaşayış minimumu ilə tənzimlənir. Növbəti il üçün yaşayış minimumu 190 manat təyin edilib. İşləyən və işləməyən təbəqə üçün bu məbləğ fərqlidir. Amma onu deyim ki, bu il ilk dəfədir ölkədə minimum əmək haqqı yaşayış minimumunu ötdü. Buna qədər minimum əmək haqqı yaşayış minimumundan həmişə aşağı olurdu. Gərək orta aylıq əmək haqqı dünya standartlarına uyğun olsun ki, işsizliyə görə sığorta məbləği də yüksək olsun.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu