Lökbatanda qeyri-qanuni dini tədris kursu aşkarlandı

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb.

Komitədən verilən məlumata görə, müəyyən edilib ki, həmin kursun 26 üzvünə, o cümlədən bu təlimlərə cəlb olunmuş azyaşlılara qadağan edilmiş dini ədəbiyyatların tədrisi həyata keçirilir.

Qanunsuz dini kursların təsisçiləri Abdullayev Elton Kərəm oğlu və Qurbanov Elsevər Bəxtiyar oğlu barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.

Qeydə alınmış fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu