Tovuzda bıçaqlanma: Mübahisə qanla bitdi

Tovuz rayonunda mübahisə zəminində rayon sakini bıçaqlanıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

Abulbəyli kənd  sakini, 1988-ci il təvəllüdlü Vəliyev Nazim Əli oğlu “Öysüzlü” dairəsi adlanan ərazidə ürək nahiyəsindən bıçaqlanıb.

Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Vəliyevin vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu