FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

Gecə saatlarında Bakının Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.

FHN-dən Axar.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, daxil olan məlumata əsasən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb və söndürülüb.

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu