Hələ ki cərimə edilməyəcəksiniz: Şöbə rəisi açıqlama verdi

"Hazırda qeyd edilən standartlarla bağlı qanunvericiliyə əlavə də dəyişikliklərin edilməsi məsələsi aidiyyatı qurum və orqanlarda baxılmaq ərəfəsindədir. Bu nəzərə alınıb". Bunu avtomobillərdə yan və arxa şüşələrə pərdə və jalüzlərin vurulması qadağası məsələsinə aydınlıq gətirərkən Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.

O qeyd edib ki, buna görə də Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə avtomobillərin arxa yan şüşələrində jalüz pərdələr və plyonka istifadə edilməsinə görə cərimə tətbiq olunmayacaq.

Xatırladaq ki, dünən sosial şəbəkələrdə bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun imzası ilə telefonaqramma paylaşılmışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu