Putin məlumatlıdır: Rusiya prezidentində terror təhlükəsi ilə bağlı informasiya var

Rusiya Prezidenti Vladimir Putin terror xəbərdarlığı edərək bütün ölkələrin təhlükə altında olduğunu bildirib. Putin Braziliyadakı Zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Suriyada və dünyada terrorla mübarizədən danışıb. O bildirib ki, Suriyada terrorla mübarizədən sonra bu ölkənin ərazisinin 90 faizi silahlı terror qruplaşmalarından təmizlənib: “Bütün ölkələr təhlükədədir, buna görə səylərimizi birləşdirməliyik.

Rusiya Dəməşqdəki qanuni hökumətə dəstək istiqamətində aktiv hərəkətlərə başladıqdan sonra ölkənin 90 faizi terrorçulardan azad olundu. Bu ərazilər artıq Suriya qanuni hökumətinin nəzarəti altındadır, biz istədiyimizə müvəffəq olduq”. 


“O, keçmiş təhlükəsizlik zabiti olduğu üçün terrorun böyük təhlükə olduğunu yaxşı bilir və buna xüsusi diqqət yetirir” 


Rusiya Prezidentinin bəyanatını “Şərq”ə dəyərləndirən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, Putin keçmiş təhlükəsizlik zabiti olduğu üçün terrorun böyük təhlükə olduğunu yaxşı bilir və buna xüsusi diqqət yetirir. 

Onun sözlərinə görə, Putinin verdiyi açıqlamalarda siyasi maraqları da əks olunub: “Yəni, V.Putin bu gün Rusiya ilə çox gərgin münasibətdə olan Qərbi, Avropa Birliyini və ABŞ-ı əməkdaşlığa çağırır. Artıq neçə illərdir ki, terror təhlükəsi sözün həqiqi mənasında dünyanın başının üstünü kəsib. Təəssüf ki, terror təhlükəsi daha çox dinimiz olan islamla bağlıdır. Hər zaman terror deyəndə yada islam terroristləri düşür. Putinin məlumatı olmasa, mötəbər məclisdə belə sözlər deməzdi. Yəqin ki, xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşündə həmin ölkələrin rəhbərlərinə konkret olaraq informasiyalar da verilə bilər ki, təhlükə nədəndir və haradandır? Təbii ki, bu, bizə də aiddir. Düzdür, biz böyük dövlət deyilik. Amma nə böyük, nə də kiçik dövlətlər terrordan sığortalanıblar. Ona görə bizim də öz qayğılarımız var. Özümüz üçün Putinin sözündən nələrsə çıxarmalıyıq. Nəzərə almalıyıq ki, MDB-nin üzvü olan ölkəyik. Bu günlərdə MDB ölkələrində konkret olaraq xüsusi təhlükəsizlik orqanlarının görüşü olub. Yeri gəlmişkən, Amerika Departamenti Azərbaycanın xüsusi xidmət orqanlarının terrorizmlə mübarizədə fəal rolunu xüsusilə qeyd edib. Bu da çox qürurvericidir. Yəqin ki, bu istiqamətdə bizim də işimiz davam edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu