Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınanların sayı aqçıqlandı

"Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 41 841 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib".

APA -nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 27 249 nəfər fərdi qaydada müraciət edib. 14 564 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 28 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

M.Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində iştirak üçün 22 529 nəfərin namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu