Bakıda azyaşlılara siqaret satanlar cəzalandırıldı

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu