Belarusda parlament seçkiləri keçirilir

Bu gün Belarusda parlamentin aşağı palatasına seçkilər keçirilir.
"Sherg.az APA-ya istinadən bildirir ki, səsvermə yerli vaxtla saat 20.00-a qədər davam edəcək.
Ölkədə 5 min 830, ölkədən kənarda isə 46 seçki məntəqəsi yaradılıb. Son məlumatlara görə, 110 deputat mandatı uğrunda 513 namizəd mübarizə aparır. 6 milyon 880 min seçicinin olduğu Belarusda seçicilərin 1 milyon 300 min nəfəri paytaxt Minskdə yaşayır.
Majoritar sistemlə keçirilən seçkilərdə 110 dairədən 110 deputat seçiləcək. Əgər seçki dairəsində yaşayan seçicilərin yarıdan çoxu səsvermədə iştirak edərsə, həmin dairədə səsvermə baş tutmuş sayılacaq. Ən çox səs toplayan namizəd isə deputat mandatına sahib olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu