Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "sherg.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% olub.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu