Xamenei benzinin bahalaşmasını dəstəklədi: Sabotaj...

İranın Ali dini lideri Əli Xamenei ölkədə benzinin qiymətinin artmasını dəstəkləyib.

"Sherg.az" Axar.az-a isinadən xəbər verir ki, Xamenei ölkədəki etirazların təşkilində düşmənləri ittiham edərək, baş verənləri sabotaj adlandırıb.
"Şübhəsiz, bəzi insanlar bu qərardan narahatdırlar. Sabotaj və yanğınları bizim insanlar yox, xuliqanlar həyata keçirirlər. Əks-inqilab və İranın düşmənləri həmişə sabotajları və təhlükəsizliyin pozulmasını dəstəkləyiblər və bundan sonra da dəstəkləməyə davam edəcəklər", - o bildirib.
Xamenei benzin qiymətlərinin artırılmasının ekspertlərin fikrinə əsaslandığını və onun dəstəklənməsi gərəkdiyini söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu