Gürcüstan müxalifəti parlamenti mühasirəyə almaq niyyətindədir



Biz mübarizəmizi davam etdərəcəyik, bu gün evə getməyəcəyik və parlamenti tam olaraq blokadaya alacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın əsas ana müxalifət partiyası hesab olunan Vahid Milli Hərəkat Partiyasının lideri Qriqol Vaşadze noyabrın 17-də parlamentin qarşısında keçirilən etiraz aksiyasındakı çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Gürcüstan parlamenti artıq legitimliyini itirib.

“Güc birlikdədir” müxalif birliyinin nümayəndəsi Giorgi Vaşadze deyib ki, müxalifət öz fəaliyyətini qanun çərçivəsində davam etdirəcək. Müxalifətin aksiyası və itaətsizlik Konstitusiya çərçivəsində olacaq.

“Hamı bir nəfərə qarşı” şüarı altında təşkil olunan aksiyaya 20-dən çox siyasi təşkilat qoşulub. Müxalifət aksiyanı bütün gecə boyu davam etdirəcək. Bunun üçün Rustaveli prospektində 20-dən çox çadır qurulub. Odun, dəmir soba və dəmir çəlləklər gətirilib.

Qeyd edək ki, Tbilisi müxalifətinə dəstək olaraq Acarıstanda hökumət binasının qarşısında da etiraz aksiyası keçirilir. Onlar da seçki qanunvericiliyinə dəyişikliyin olunmasını tələb edirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu