Erməni həyasızlığı: Saakaşvilinin adından yayılan dezinformasiya növbəti təxribat idi

“Bütün dünya erməni həyasızlığının ən çirkin tərəflərini görməkdədir”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. 

Politoloq bildirib ki, ən böyük erməni həyasızlığı qondarma “genosid” iddialarıdır: 

“Bu yaxınlarda ermənilər bu iddanı yenidən ABŞ Konqresində gündəmə gətirərək müəyyən sənədlərin qəbul olumasına nail olsalar da, sonda istəkləri reallaşmadı. Bir çox analitiklər bu, növ iddaların genetik xəsətəlik olduğunu deyirlər. Əslində ermənilərin bütün fəaliyyətlərinin kökündə siyasi ambisiyalar və manevrlər dayanır. Bu günlərdə Gürcüstanın eks-perzidenti Mixail Saakaşvilinin adından paylaşılan uydurma məlumatlar eynilə erməni siyasi həyasızlığının növbəti raundudur”.



Vasif Əfəndiyev: "Saakaşvilinin şəxsən özünün reaksiya verərək bu, saxta informasiyanın siyasi məqsədlər üçün yayıldığını bildirməsi erməni iddialarına ən tutarlı cavab oldu"


Ekspertin sözlərinə görə, müxalifətin və xüsusilə Saakaşvilinin tərəfdarları hakimiyyətə gəldiyi təqdirdə Ermənistanın Gürcüstan üzərindən olan yeganə quru yolu yenidən qapana bilər: 

“Ona görə də Ermənistan daha çox marağındadır ki, Azərbaycan və Gürcüstanda rusiyameyilli qüvvələr hakimiyyətə gəlsinlər. Bu səbəbdən ermənilər iddialı müxalifətlə Azərbaycanın münasibətlərini pozmağa yönəlik fəaliyyət göstərirlər. Məsələ ilə bağlı Mixail Saakaşvilinin şəxsən özünün reaksiya verərək bu, saxta informasiyanın siyasi məqsədlər üçün yayıldığını bildirməsi erməni iddialarına ən tutarlı cavab oldu”.

Qeyd edək ki, ötən gün ermənilərin “arcakh24.info” saytı eks-prezident Mixail Saakaşvilinin guya “Naxçıvan və Kür-Araz ovalığına qədər olan ərazinin Ermənistana verilməsi” təklifini səsləndirib. Ancaq Saakaşvili özü açıqlama verərək bunun yalan məlumat olduğunu və məqsədin iki ölkə arasında qarşıdurma yaratmaq olduğunu söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu