Almaniya Türkiyəyə qarşı sanksiya tələb edir

Almaniyada müxalifyönümlü Yaşıllar Partiyası, Suriya əməliyyatı səbəbindən Türkiyəyə sanksiya tətbiq olunmasını istəyir. Xarici mətbuat xəbər verir ki, partiya sədrinin təklifi partiya üzvülərinin səs çoxluğu ilə qəbul edilib.

Qətnamədə, həmçinin Almaniya Silahlı Qüvvələrinin Suriya və İraqda İŞİD-lə mübarizəsinə son qoyulması da tələb olunur.

Türkiyəyə istiqamətlənən sanksiya tələbləri belə sıralanıb:

- Prezident Rəcəb Tayyib Ərdoğana, hökumətə və ordu üzvlərinə qarşı iqtisadi sanksiyalar tətbiq olunsun;
- Türkiyəyə hər cür silah və təchizat satışı tamamilə dayandırılsın;
- Avropa İttifaqı ilə Türkiyə arasında imzalanan qaçqınlarla bağlı saziş ləğv olunsun;
- Almaniyanın “Tornoda” kəşfiyyat təyyarələri Suriya və İraqdan geri çəkilsin;
- Almaniyadan Türkiyəyə edilən ixracata zəmanət verən “Hermes” kredit və investisiya zəmanəti aradan qaldırılsın.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu