Torosyan: "Makron Köçəryanın məhkəməsini izləyir"

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın hazırda həbsdə olan sabiq dövlət başçısı Robert Köçəryanın vəkilinin məktubuna cavab verib.

Axar.az xəbər verir ki, bunu Parisdən qayıdan vəkil Sevak Torosyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, sabiq prezidentin məhkəməsi ilə Avropanın digər ölkələrində də yaxından maraqlanırlar.

Köçəryanın vəkili Fransa Prezidentinə ünvanlandığı məktubda son il ərzində baş verən proseslər haqqında məlumat verib. Məktubun nəticələrinin diplomatiya məsələsi olduğunu diqqətə çatdıran Torosyan qeyd edib ki, bir aydan sonra cavab göndərən Emmanuel Makron Fransanın Köçəryanın məhkəmə prosesini diqqətlə izlədiyini yazıb. Vəkil əlavə edib ki, xarici ölkələrin Ermənistandakı səfirləri də öz hökumətlərinə bu məhkəmə prosesi barədə mütəmadi məlumat göndərirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu