Çavuşoğlu ABŞ və Rusiyanı qınadı: "Öhdəliklərini yerinə yetirmirlər"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Rusiyanı Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirməməkdə qınayıb.

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.

“ABŞ və Rusiya Ankara ilə əldə olunmuş razılaşmalar çərçivəsində lazımi addımları atmayıblar. Əgər ərazi kürd silahlı qruplaşmalarından təmizlənməzsə, o zaman “Barış bulağı” əməliyyatı yenidən davam etdiriləcək”, - M.Çavuşoğlu belə deyib.

Onun sözlərinə görə, Ankara “təxirə salınmadan terror təhlükəsindən qurtulmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu