Deputat: "Diaspora təşkilatları arasındakı ikitirəliklər, soyuqluqlar aradan qalxmaqdadır"

Milli Məclisin bu gün keçirilən iclasında “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.

Sherg.az-ın xəbərinə görə, müzakirə zamanı Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov bildirib ki,  sabiq deputat Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə  başlamasından sonra adıçəkilən qurumun Azərbaycan diasporasının fəaliyyətində böyük dönüş hiss olunmaqdadır:

"Ən əsası diaspora təşkilatları və təmsilçiləri arasında ikitirəliklər, soyuqluqlar aradan qalxmaqdadır. Amma burada bir  vacib məsələyə diqqəti cəlb etmək istərdim. Dünyada “diaspor” sözü yoxdur, “diaspora” var. Yunan sözüdür, “dispora”dır ingilisi də belə deyir, rusu da belə deyir, digərləri də. Ona görə artıq bizdə də bu yanlışlığa son qoyulmalıdır. Komitənin adında da, medalın adında da “dispora” yazılmalıdır”.

Komitə sədri həmçinin, təsis edilən medalın diaspora nümayəndələrinin fəaliyyətində canlanma, irəliləyiş yaradacağını vurğulayıb.

Müzakirələrdən sonra qanunn layihəsi ikinci oxunuşda qəbul edilib.

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu