Parlamentdə təklif: "Hakimlərə 10 min manat əməkhaqqı verilməlidir"

Milli Məclisin bu gün keçirilən iclasında  məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi müzakirəyə çıxarılıb.

Sherg.az-ın xəbərinə görə, müzakirə zamanı deputat Qüdrət Həsənquliyev deyib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır:

"Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobillə təmin edilməlidir. Hakimlərə ən azı 10 min manat əməkhaqqı verilməlidir”.



Millət vəkili onu da vurğulayıb ki, hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir:

“Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxslər Məhkəmə-Hüquq Şurası tərəfindən necə vəzifədən uzaqlaşdırıla bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu