Çavuşoğludan Pompeoya cavab: Hüquqa ziddir!

Heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Mayk Pompeonun İordan çayının qərb sahilində İsrail məskunlaşmasına dair açıqlamasına münasibət bildirərkən deyib.

“Mən etdimsə, oldu” anlayışı ilə edilən açıqlamaların beynəlxalq hüquq baxımından heç bir hökmü olmayacaq”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonun İordan çayının qərb sahilində İsrail məskunlaşmasını beynəlxalq hüququn pozulması kimi dəyərləndirmədiyini bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu