Naxçıvanla bağlı əsas hədəflərdən biri: Çoxlu sayda yeni iş yerləri açılacaq

“Son illər Naxçıvan kifayət qədər yüksək inkişaf mərhələsindədir. Cənab Prezident digər regionlarımız kimi Naxçıvana da xüsusi diqqət göstərir”. Bu fikirləri Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor qeyd edib ki, ölkə başçısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən çox vacib məsələlərə toxunub:

“Ümumiyyətlə, müəssisə və dövlət qurumu rəhbərlərinin qəbulu dövlətimiz üçün kifayət qədər faydalıdır. Çünki belə görüşlər zamanı faydalı söhbətlər aparılır. Bu görüşlərin birmənalı olaraq Azərbaycanın inkişafına böyük təsirləri olacaq. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Son illər Naxçıvanda yeni müəssisələr salınıb, müasir yol infrasturukturu reallaşdırılıb. Naxçıvan tarixində olmayan yeni və müasir orta məktəblər inşa olunub. Naxçıvanın bütün kəndlərində bu proseslər yüksək səviyyədə davam etdirilir. Yeni iaşə obyektləri tikilir, yüksək keyfiyyətli yollar çəkilir. Bütün rayonlarda hətta ən ucqar kəndlərdə belə müasir yol infrasturukturu yaradılır”.



Vüqar Rəhimzadə: "1990-cı illərin əvvəllərində qaz, elektrik enerjisi olmadığından Naxçıvanda az qala ağac qalmamışdı"


V.Rəhimzadə bildirib ki, qarşıda duran əsas hədəflərdən biri də Naxçıvanda çoxlu sayda yeni iş yerlərinin açılmasıdır:

“Xatırlayıram ki, 1990-cı illərin əvvəllərində qaz, elektrik enerjisi olmadığından Naxçıvanda az qala ağac qalmamışdı. Çünki hamısını yandırırdılar. Bu gün çox sevindirici haldır ki, Naxçıvanın bütün ərazisi qazla təmin olunub. Həmin illərlə bu illərdə müqayisə edilməz dərəcədə uğurlu işlər reallaşdırılıb. 1990-cı illərin əvvəllərində fasilələrlə işıq verilirdi. Amma bu gün Naxçıvanın özündə yeni elektrik stansiyalarının salınması elektrik enerjisinin yüksək səviyyədə təminatına böyük zəmanət verib. Düşünürəm ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq müasir şəkildə qurulub. Yeni istehsal sahələri, infrasturuktur layihələri reallaşdırılıb. Cənab prezidentin Vasif Talıbovu qəbul edib yeni tapşırıqlar verməsi Naxçıvanın növbəti inkişaf mərhələsinə qədəm qoyacaq. Doğurdan da regionlarımızda gedən uğurlu işlər sürətləndiriləcək”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu