Paşinyan iclas keçirdi: orduda istefalar başladı

Ermənistan Baş naziri Nikol Paşinyanın Müdafiə Nazirliyindəki kollegial iclasından sonra bu orqandan istefalara start verilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, Paşinyanın iclasında qondarma Qarabağ rejiminin “müdafiə naziri” Karen Abramyan da iştirak edib.

Qəzet Paşinyanın keçirdiyi iclasdan sonra Ermənistan Baş Qərargah rəisinin yalnız bir müavininin qalacağını yazıb. Belə ki, hazırda müavin vəzifəsini icra edən Onik Qasparyanın hazırkı Baş Qərargah rəisi Artak Davtyanı əvəzləyəcəyi vurğulanıb. Davtyan isə Movses Akopyanın yerinə baş inspektor vəzifəsini icra edəcək. Hələlik Davtyanın digər müavinləri Andranik Makaryan, Stepan Qalstyan və Tiqran Xaçatryanın taleyinin necə olacağı bilinmir.

Qeyd edək ki, Akopyan bundan öncə iki müavini ilə birgə istefaya göndərilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu