Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi

Bolqarıstanın Pliska şəhərində erməni əsilli bolqar yazıçılar Aqop Melkonyan və Leonid Quruntsun büstlərinin açılışı olub.

Axar.az xəbər verir ki, bu məlumatı “Praymnyus” saytı yayıb. Məlumata görə, büstün açılışında erməni diasporunun üzvləri və qondarma Qarabağ rejiminin “nümayəndəsi” Lernik Ohanesyan da iştirak edib. Ancaq Ermənistanın Bolqarıstandakı səfiri Armen Sərkisyan açılışa qatılmaqdan imtina edib.

Sərkisyan həmçinin açılış zamanı qondarma rejimin adının çəkilməməsini və burada qondarma rejimin “bayrağı”nın açılmamasını tələb edib.

Sayt Sərkisyanın bununla diplomatik skandaldan yayınmaq istədiyini bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu