Zviad Dzidziquri vitse-spiker vəzifəsindən istefa verdi

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının rəhbərlik etdiyi parlament çoxluğundan istefa verdikdən sonra vitse-spiker vəzifəsindən də imtina edib.

AZƏRTAC xəbər verir ki, Z.Dzidziqurinin vitse-spiker vəzifəsdən istefası ilə bağlı müraciəti artıq parlamentin bürosuna təqdim olunub.

Z.Dzdidziquri ilə yanaşı, digər sədr müavini Tamar Çuqoşvili, parlamentin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava, Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşi və Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava da tutduqları vəzifələrdən rəsmən istefa veriblər.

Hazırda parlamentdə boş qalan vəzifələrə təyinatlarla bağlı müzakirələr aparılır.

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğundan 12 deputat istefa verib. Buna səbəb noyabrın 14-də proporsional seçki sisteminə keçid barədə qanunun qəbul edilməməsi olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu