Elçin Əlibəyli arvadının onu döymədiyini dedi: "Məhkəməyə verəcəm"

"Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar".

Bu sözləri Elçin Əlibəyli sosial şəbəkə hesabında bildirib. Aparıcı əlavə edib ki, bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyulur:

"Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracam".

Qeyd edək ki, oxu.az saytı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyünü yazıb. Xəbərdə bildirilir ki, bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elçin Əlibəylinin həyat yoldaşı da bunun təxribat olduğunu bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu