23 yaşlı model evində ölü tapıldı

Meksikalı fitnes model və məşqçi Alondra Vilyanseno Tixuana şəhərində öz evində ölü olaraq tapılıb. Bu barədə “Mirror” xəbər yayıb.

23 yaşlı qızın meyitini onunla uzun müddət əlaqə saxlaya bilməyən anası aşkarlayıb. Başından güllələnən qızın bədənində bir neçə bıçaq yarası da olub. Cinayət yerində iki torba marixuana və 9 mm-lik güllə tapılıb.

Cinayətin motivləri bəlli deyil. Şahidlər evdən bir kişinin çıxaraq, avtomobillə getdiyini bildiriblər.

Qeyd edilir ki, Alondra Vilyaseno yerli idman zalında məşqçi olaraq işləyirmiş. İnternetdə o, öz məşqləri ilə bağlı videolarına görə məşhur olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu