Seçkiləri müşahidə etmək üçün 15-ə yaxın beynəlxalq təşkilata müraciət ünvanlanıb

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərini müşahidə etmək üçün 15-ə yaxın beynəlxalq təşkilata müraciət ünvanlanıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.

R.Qasımov vurğulayıb ki, Azərbaycanda keçirilən bütün seçkilərdə müşahidəçilik etməyi arzu edən beynəlxalq təşkilatların və xarici qurumların qismində iştirakına şərait yaradılıb:

“Bu dəfə də bu addım atılıb. Amma bələdiyyə seçkiləri ilə bağlı bu sahədə bir spesifiklik var. Bunun özünəməxsusluğu ondadır ki, bələdiyyə seçkiləri yerli seçkilər olduğu üçün beynəlxalq təşkilatlar bunu müşahidə etməyə o qədər də böyük maraq göstərmirlər. Mərkəzi Seçki Komissiyası yerli seçkilərlə bağlı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət göndərib, çünki bu qurum yerli özünüidarəetmə məsələlərinə diqqət göstərir. MSK ,həmçinin digər xarici ölkələrin seçki qurumlarına da müraciət ünvanlayıb. Belə qurumların sayı 15-dir. Hazırda işçi qaydada bizə müəyyən məlumatlar daxil olur. Bu proses səsvermə gününə 10 gün qalana qədər davam edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu