Paşinyan Akopyanı istefaya göndərdi: Tonoyan isə vəzifə verdi

Movses Akopyan yenidən vəzifəyə təyin edilib.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan Müdafiə nazirinin nətbuat katibi Artsrun Ovannisyan paylaşıb. O, Akopyanın müdafiə nazirinin əmriylə Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinə rəis təyin olunduğunu bildirib.

Kamo Koçunç isə Akopyana müavin gətirilib. Akopyanın keçmiş müavini Valeri Nersesyan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin baş inspektoru təyin edilib.

Qeyd edək ki, bundan öncə Akopyan baş inspektor vəzifəsindən azad edilmişdi. Onunla bərabər müavinləri Kamo Koçunç və Valeri Nersesyan da istefaya göndərilmişdi.

Movses Akopyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dayısıdır. O, həmçinin, Serj Sərkisyanın yaxın adamlarından sayılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu