Bərdədə ruhi xəstə itkin düşdü

Bərdə rayonunda qonaq olan qadın itkin düşüb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə noyabrın 17-də baş verib. 

Rayonda qonaq olan Goranboy rayon sakini, ruhi xəstəlikdən əziyyət çəkən 49 yaşlı Bahar Fərman qız Nəsibova evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu