"ELS" bələdiyyə seçkilərini müşahidə etməyəcək

“Rəhbərlik etdiyim qurum bələdiyyə seçkilərində müşahidə aparmayacaq”.

Bu sözləri  Sherg.az-a açıqlamasında seçkilərdə müşahidəçilik edən“ELS” Müstəqil Araşdırmalar Mərkəzi rəhbəri İradə Yaqubova deyib.

O bildirib ki, “ELS” Müstəqil Araşdırmalar mərkəzi bələdiyyələrlə bağlı monitorinq aparmır: “Çünki bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək bizim fəaliyyətimizə aid deyil”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu