Almaniyadan tələb: ABŞ nüvə silahını ölkədən çıxartsın

ABŞ nüvə silahını Almaniya ərazisindən çıxarmalıdır. 

“RİA Novosti” xəbər verir ki, bu haqda Bundestaqın deputatı Ditmar Barç bildirib.

“Mən və partiyam ABŞ-ın nüvə silahının Almaniya ərazisində yerləşməsinin əleyhinəyik. Bu silahlar ölkədən çıxarılmalıdır. Ölkədəki ABŞ bazaları məsələsi də kəskin olaraq qalır. Almanların çoxu bu mövqeyimizlə razılaşır”, - Barç qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu