Nazirlik rəsmisi: "Ölkəmizə soyuq hava kütləsi daxil olub"

Son günlər ölkədə qeyri-sabit hava şəraiti hökm sürür. Hava şəratinin sağlamlıq üçün mənfi təsirləri qaçılmaz hal alır. 

Hava durumu ilə bağlı Sherg.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəsmisi Gürşad Məmmədova bildirib ki, ölkədə müşahidə olunan yağışlı hava şəraiti tədricən dəyişəcək:

“Noyabr ayında soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması ilə əlaqədar hava şəraitinin dəyişkənliyi baş verir. Temperatur normadan aşağı düşür, küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Düzdür, bir neçə gündür ki, ölkə ərazisində sabit, hətta günəşli hava şəraiti hökm sürsə də, artıq noyabrın 19-dan paytaxta yağışlı hava müşahidə olunur. Noyabrın 21-dən başlayaraq isə Şimal və Şərq rayonlarından başlayaraq bölgələrdə havanın dəyişməsi baş verəcək. Havanın qeyri-sabit keçəcəyi və yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağış, dağətəyi rayonlarda isə qar yağması müşahidə olunacaq. Noyabrın 23-də isə ölkə əraizində hava şəraitinin tədricən mülayimləşməsi və gün ərzində əksər rayonlarda yağmursuz keçməsi gözlənilir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu