Putin: "SSRİ-nin dağılmasının nəticələri daha pis oldu"

SSRİ-nin dağılmasının nəticələri ən mənfi gözləntilərdən daha pis oldu.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin çıxışında deyib.

"SSRİ-də aparılan səmərəsiz iqtisadi siyasətin nəticələri siyasi sahəyə də təsir etdi. Düzdür, dağılmanın nəticələri insanların düşündüklərindən daha pis oldu", - Putin bildirib.

Putin SSRİ ilə Avropa Birliyi arasında paralellər aparıb:

“Əhəmiyyətli fərqlər olsa da, SSRİ ilə Avropa Birliyi arasında müəyyən paralellər aparmaq mümkündür. Avropa Parlamentinin bütün AB ölkələri üçün məcburi qərarlarının sayı sovet respublikalarına münasibətdə SSRİ Ali Sovetinin qəbul etdiyi məcburi qərarların sayından çoxdur. Sovet İttifaqı həm də vahid bir ölkə idi, kifayət qədər mərkəzləşmişdi, Avropa Birliyi isə belə bir qurum deyil".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu