Şəhid ailəsinə Prezident böyük jest etdi

Noyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Abşeron rayonunun Məmmədli kəndində şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdiyi tam təmirli iki otaqlı mənzillərdən birinin açarları şəhid ailəsinin üzvü Eldarova İradə Yusif qızına təqdim edilib.

“Dünən bu barədə bizə zəng vurub xəbər edəndə sevincimizdən göz yaşlarımızı saxlaya bilməmişik. Neçə illər idi ki, Sabunçu rayonun Bakıxanov qəsəbəsində 9 nəfər qaynımın üç otaqlı evində yaşayırdıq. İllər keçir, uşaqlar böyüyür, kiçik otaqlar bu qədər ailə üzvünün tələbatını ödəyə bilmirdi”, - deyə İradə xanım sevincini Azərtac-ın müxbirin ilə bölüşüb.

O, söhbətinə davam edərək deyib: “Bu yaxınlarda oğlum Ayazı nişanlamışıq. Onun harada, necə yaşayacağı məni o qədər narahat edir di ki... Ana ürəyidi də! Amma inanın ki, elə bil ürəyimə dammışdı ki, bizə bir nicat qapısı açılacaq. İndi çox məmnunam. Prezident İlham Əliyevə, bizə bu mənzilləri ayıran Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə, bu işdə zəhməti keçən hər kəsə ailəmiz adından böyük minnətdarlığımızı çatdırırıq. Dövlət bu addımı ilə bir daha göstərdi ki, heç kimi tək qoymur. Biz də arxamızda belə bir dövlətin olduğuna, ölkəmizdə insan amilinin yüksək tutulduğuna, vətəndaşların sosial ehtiyaclarını bu şəkildə qarşılandığına görə çox böyük qürur hissi duyuruq”.

Xatırladaq ki, İradə Eldarova Qarabağ şəhidi Rasim Eldarovun həyat yoldaşıdır. Rasim 1993-cü il avqustun 23-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu