Xatunla Nura barışdı: "Onu Gucci-yə tapşırıram"

Müğənni Xatun Əliyeva ilə Nura Suri arasında küsülük bitib. 
 
Belə ki, müğənni Xatun son açıqlamasında həmkarının ünvanına "Nuranı bağışlamağa hazıram. Onu tapşırıram Gucci-yə" sözlərini deyib. Xatunun bu açıqlamasını Nura şəxsi səhifəsində paylaşıb. Hər iki xanım müğəninin bu hərəkətindən sonra aralarında buzlar əriyib. 
 
Qeyd edək ki, müğənni Xatun Əliyeva "Atv maqazin 10larla" verilişində Nura Suri haqda "Çox danışır, səsi başıma düşür. Bir az mahnı oxusun, sənəti ilə məşqul olsun. Ən azı mənim ifa etdiyim mahnılar kimi. Sənəti olmaya-olmaya ona buna söz atmaqdansa, ayda ildə bir dəfə mahnı oxuyub bizi sevindirsin" sözlərindən sonra aralarında inciklik yaranmışdır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu