Bayden: "Trampı təqib etməyəcəyəm"

Seçkilərdə qələbə qazansam, Donald Trampa qarşı təhqiqat aparılması üçün baş prokurora müraciət etməyəcəyəm.

Axar.az xəbər verir ki, bunu ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Cozef Bayden teledebatlarda çıxışı zamanı deyib.

“Təyin etdiyim baş prokurorun nə qərar qəbul etməyindən asılı olmayaraq, bunu dəstəkləyəcəyəm. Qoy onlar öz müstəqil qərarlarını qəbul etsinlər. Trampın qanunu pozmasıyla bağlı qərar qəbul edilsə belə, bununla bağlı təhqiqat aparılması sərəncamını verməyəcəyəm”, – deyə o bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu