Məhkəmə azərbaycanlı kişi ilə rusiyalı qadının nikahını etibarsız saydı

Rusiyanın Suraj rayonunda azərbaycanlı saxta nikah bağlayıb.

Oxu.Az-ın xəbərinə görə, o, bunu Rusiya ərazisində yaşamaq icazəsi almaq üçün edib.

Azərbaycanlının saxta nikah bağlaması onun müvəqqəti yaşayış icazəsi almaq üçün Miqrasiya İdarəsinə müraciət etməsindən sonra məlum olub.

O, idarəyə Bryansk vətandaşı ilə bağladığı nikah haqqında şəhadətnaməni təqdim edib.

Araşdırma nəticəsində onların bir yerdə yaşamadıqları, ortaq büdcələrinin olmadığı ortaya çıxıb.

Azərbaycanlının ailə qurmaq üçün deyil, vətəndaşlıq almaq üçün bağladığı nikah etibarsız sayılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu