İlham Əliyevdən Dəmir Yolu Muzeyinə hədiyyə - FOTOLAR

Prezident İlham Əliyev Dəmir Yolu Muzeyinə simvolik maket hədiyyə edib.

Azvision.az-ın məlumatına görə, dəmir yollarına aid simvolik maket Muzeyin ekspozisiyasında nümayiş olunur.

Ölkə başçısının hədiyyəsi xüsusi eksponatlar arasında yer alır.

Qeyd edək ki, noyabrın 19-da Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış olub.

Məlumat verilib ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub.

Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu