YAP-ın 27 illiyi təntənəli şəkildə qeyd olunacaq

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranma, təsis günüdür. Partiyanın yaranmasından 27 il keçir.

Qeyd edək ki, YAP sabiq prezident, mərhum Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1992-ci ilin noyabr ayın 21-də Naxçıvan Muxtar Respublikasında-Naxçıvan şəhərində təsis edilib.

YAP-ın təsis edilməsində o zaman ölkənin tanınmış simalarının, “91-lər”in H. Əliyevə  məşhur müraciəti də böyük rol oynayıb. YAP yaranandan cəmi bir neçə ay, 1993-cü ilin məlum iyin hadisələrindən sonra hakimiyyətə gəlib və 26 ildir ki, hakim partiya funksiyasını yerinə yetirir.

Hazırda YAP üzvlərinin sayı 700 mini keçib. Partiyanın sədri ölkə Prezidenti İlham Əliyevdir.

Həmçinin, qeyd edək ki, bu gün saat 12:00-da  YAP-ın qərargahında pariyanın yaradılmasının 27 illiyi təntənəli şəkildə qeyd olunacaq.

Mərasimdə YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri,  hakim partiyadan olan millət vəkilləri və digərləri iştirak edəcəklər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu